Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Rüstəm Xəlilov pambıq yığımına son hazırlıq işləri ilə əlaqədar “Aqroservis” ASC-nin Sabirabad regional nümayədəliyinin Salyan Rayon bölməsində olub.

09 sentyabr 2026 | 10:28

RİH başçısı Rüstəm Xəlilov pambıq yığımına son hazırlıq işləri ilə əlaqədar “Aqroservis” ASC-nin Sabirabad regional nümayədəliyinin Salyan Rayon bölməsində olub.

 

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov aidiyyəti qurum rəhbərləri ilə rayonun Dayıkənd kəndində fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqroservis” ASC-nin Sabirabad regional nümayədəliyinin Salyan Rayon bölməsində olub, rayon üzrə pambıq yığımına cəlb ediləcək mövcud kombaynlara baxış keçirib. Baxış zamanı rayon rəhbərinə məlumat verilib ki, yığım prosesində mühüm rol oynayan kənd təsərrüfatı texnikalarının saz vəziyyətə gətirilməsi istiqamətində də işlər görülür. “Aqrolizinq” ASC-yə məxsus pambıqyığan kombaynlar, yükdaşıyan və digər kənd təsərrüfatı texnikalarına texniki baxış keçirilir, onların işlək vəziyyətə gətirilməsi təmin olunur. Hazırlıq işlərinin vaxtında başa çatdırılması pambıq məhsulunun optimal müddətdə və minimum itki ilə yığılmasına imkan verəcək. Rayonda fəaliyyət göstərən fermer təsərrüfatlarında pambığın yetişmə vəziyyəti də mütəmadi olaraq nəzarətdə saxlanılır. Sahələrdə məhsuldarlığın qorunması və yığımın mütəşəkkil təşkili üçün aidiyyəti qurumlar və təsərrüfat sahibləri arasında əlaqələndirilmiş iş aparılır. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olmasını bildirib və bu sahənin inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin rayonumuzda da sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını vurğulayıb. Qeyd edib ki, torpaqla çalışan, onu yaşadan hər bir əkinçi ölkənin ərzaq təminatında mühüm rol oynayır və dövlət daim onların yanındadır. Rayon rəhbəri qarşıdakı mövsümdə də yüksək məhsuldarlıq əldə olunacağına inamını ifadə edərək, fermerlərə uğurlar arzulayıb.

 

Keçidlər