Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Parça Xələc kəndində əhali ilə növbəti səyyar qəbul keçirmişdir.

11 aprel 2023 | 08:41

RİH başçısı Sevindik Hətəmov Parça Xələc kəndində əhali ilə növbəti  

səyyar qəbul keçirmişdir.

Salyan Rayon İcra Hakimiyyətinin  başçısı Sevindik Hətəmov Parça Xələc kəndində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi.   RİH başçısı keçirilən səyyar qəbulların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd etmiş, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulamışdır. Qəbulda vətəndaşlar, kənd ərazisində SİB kabelləşdirmə işlərinin aparılması, internet xəttinin çəkilişi, su kanalının lildən təmizlənməsi, elektrik enerjisi gərginliyinin aşağı olması və digər məsələlər ilə əlaqədar xahiş və təkliflər səsləndirmişlər. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. 

 

Keçidlər