Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Boranıkənd kəndində əhali ilə səyyar qəbul keçirmişdir.

20 dekabr 2022 | 14:39

Salyan rayon İcra Hakimiyyətinin başçısı Boranıkənd  kəndində əhali ilə səyyar qəbul keçirmişdir.

 

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Borankənd kəndində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi.   Qəbulda çıxış edən rayon rəhbəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və rayon ərazisində aparılan abadlıq quruculuq işləri haqqında məlumat vermişdir. İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət  edəcəyini diqqətə çatdırmışdır.

RİH başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.

 

Keçidlər