RİH başçısı 20 Yanvar küçəsinin sakinləri ilə səyyar qəbul keçirmişdir.
RİH başçısı 20 Yanvar küçəsinin sakinləri ilə səyyar qəbul keçirmişdir.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 20 Yanvar küçəsinin sakinləri ilə vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi. Qəbulda çıxış edən RİH başçısı son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Qəbulda vətəndaşlar yolda sürət həddinin nizamlanmasını, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin qoyulmasını və digər məsələlər ilə əlaqədar xahiş və təkliflər səsləndirmişlər. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.