Şriftin ölçüsü :

Saytın rəngi :

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 27 noyabrda Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

27 noyabr 2023 | 17:47

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 27 noyabrda Salyan şəhərində yerləşən

Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

 

Qəbuldan əvvəl nazir Rəşad Nəbiyev və Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.  Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Nazir Rəşad Nəbiyev müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

 

Keçidlər