Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərə start verilmişdir

13 yanvar 2023 | 17:41

Salyan rayonunda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərə start verilmişdir.

13 yanvar 2023-cü il tarixində Salyan rayon Tarix Diyarşünaslıq Muzeyində Salyan Rayon İcra Hakimiyyətinin, Biləsuvar Regional Mədəniyyət İdarəsinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti, YAP rayon təşkilatı, mədəniyyət işçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri,ziyalılar vəgənclər iştirak etmişdir.

Tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, ulu öndərin həyat və fəaliyyəti barədə videoçarx nümayiş edilmişdir. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, YAP rayon təşkilatının sədri Elmar Əhmədov, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, şəhər 6 saylı tam orta məktəbin direktoru Vüsalə Hüseynova və başqaları çıxış etmiş, ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin əsasını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər olmasından, məhz onun səyi nəticəsində müasir Azərbaycan dövlətinin qurulmasından, müstəqilliyin əbədi və dönməz xarakter almasından, ümummilli liderin müəyyənləşdirdiyi inkişaf yolunun onun layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışılmışdır.

 

 

 

 

Keçidlər