Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Milli Qəhrəman Nazim Babayevin anasını evində ziyarət etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Milli Qəhrəman Nazim Babayevin
anasını evində ziyarət etdi.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və hüquq-mühafizə orqanlarının rəhbərləri Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin anası Laçın ananı evində ziyarət etmişlər. Ziyarət zamanı Rayon İcra Hakimiyyətinin başçısı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarından söz açıb, şəhid anasının səhhəti və sosial qayğıları ilə maraqlanmışdır. Laçın ana övladı haqqında xatirələrini bölüşüb, hər zaman dövlət tərəfindən onlara diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir. Qeyd edək ki, 1995-ci ilin mart ayında xüsusi təyinatlı polis dəstəsinin qeyri-qanuni silahlıları dövlət çevrilişinə cəhd edəndə Füzuli, Tərtər bölgələrində igidliklə döyüşən, düşmən qarşısında mətanətlə dayanan Nazim Babayev şəhidlik zirvəsinə yüksələrək ölməzlik qazanmışdır.