Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib.

13 sentyabr 2022 | 14:12

Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib.

Rayon İcra Hakimiyyətinin  başçısı Sevindik Hətəmov Seyidsadıqlı kəndində vətəndaşların mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi. Rayonun  idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.  Qəbulda çıxış edən rayon rəhbəri vətəndaşlarla görüş ölkə Prezidenti cənab İlham Əliyevin əhali ilə daima təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirildiyini qeyd etmişdir. Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələ isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.

 

Keçidlər