Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu avqustun 30-də keçirilib.

30 avqust 2023 | 11:30

Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu avqustun 30-də keçirilib.

30.08.2023-cü il tarixində Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların müraciətlərinə baxılması üçün növbəti qəbul keçirilib. Qəbulda  rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər. Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilmişdir. Ümumilikdə qəbul zamanı 30-a yaxın rayon sakinlərinin müraciətinə baxılmış, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilmişdir.

 

Keçidlər