Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan ayı münasibətilə Salyan rayonunda iftar süfrəsi təşkil olunub.

12 mart 2026 | 20:00

Ramazan ayı münasibətilə Salyan rayonunda

iftar süfrəsi təşkil olunub.

İftar mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Salyan Rayon təşkilatının sədri Elmar Əhmədov, din xadimləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim rayonda fəaliyyət göstərən bölgə nahiyyə qazisi tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb, müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən söhbət açılıb, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhuna dualar oxunub. Mərasimdə ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığının və tolerantlığın hökm sürməsinin Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söz açılıb. Mərasimdə bu mübarək ayda xalqımıza və dövlətimizə xoş günlər, firavanlıq, əmin-amanlıq, şəhidlərimizə rəhmət, qazilərə can sağlığı, tutulan orucların, edilən duaların və niyyətlərin qəbul olunması arzulanıb.

Keçidlər