Şriftin ölçüsü :

Saytın rəngi :

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Şirvan şəhərindən, Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir.

12 yanvar 2024 | 17:24

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Şirvan şəhərindən, Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir.

12.01.2024-cü il tarixində Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Şirvan şəhərindən, Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşların qəbulunu keçirmişdir. Qəbuldan öncə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və  Agentliyin sədri Qoşqar Təhməzli Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.

 

Keçidlər