Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraçala qəsəbəsində əhali ilə növbəti səyyar qəbul keçirilmişdir.

02 may 2023 | 11:25

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Qaraçala qəsəbəsində əhali ilə növbəti  

səyyar qəbul keçirmişdir.

Salyan Rayon İcra Hakimiyyətinin  başçısı Sevindik Hətəmov Qaraçala qəsəbəsində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi.   RİH başçısı keçirilən səyyar qəbulların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd etmiş, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulamışdır. Səmimi söhbət əsasında keçən qəbulda minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açmışlar. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. 

Keçidlər