Peşə və sahə assosiasiyaları yaradılması
30 sentyabr 2022 | 12:39
Şirvan-Salyan Regional Məşğulluq filialının nümayəndələrinin iştirakı ilə sahibkarlar üçün Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi mövzusunda dəyirmi masa keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədilə 30 sentyabr 2022-ci il tarixində Salyan rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin akt zalında rayon icra hakimiyyətinin və Şirvan-Salyan Regional Məşğulluq filialının nümayəndələrinin iştirakı ilə sahibkarlar üçün Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə digər çıxış edənlər rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, öz mülahizələrini bildirdilər.
Diqqətə çatdırıldı ki, sahibkarlara fəaliyyət göstərdikləri istiqamətlərdə tələb olunan ixtisaslı işçilərin hazırlanmasında Dövlət Məşğulluq Agentliyi və rayonda fəaliyyət göstərən Peşə məktəbi vasitəsilə də müvafiq köməkliklər olunur.
Tədbirin yekununda rayonda fəailiyyət göstərən sahibkarlara assosiasiyaların yaradılması üçün Salyan Rayon İcra Hakimiyyəti və Dövlət Məşğulluq Agentliyi tərəfindən qanunamüvafiq dəstək göstəriləcəyi bildirildi.