Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli Mətbuat”ın 147 illiyi ilə əlaqədar Salyan Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.

22 iyul 2022 | 17:14

“Milli Mətbuat”ın 147 illiyi ilə əlaqədar Salyan Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov mətbuat işçilərini əlamətdar gün münasibətilə təbrik etmiş, onlara yeni-yeni yaradıclıq uğurları arzulamışdır. 147 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini, bu sahədə reallaşdırılan tədbirləri diqqətə çatdırmış, demokratik mətbuatın formalaşmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Tədbirdə çıxış edənlər respublikamızda azad sözün və mətbuatın bərqərar olunması istiqamətində həyata keçirilən tədbirlərdən, mətbuata göstərilən dövlət dəstəyindən söhbət açmış, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidentinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər