Şriftin ölçüsü :

Saytın rəngi :

Kür Qaraqaşlı kəndində rayon İcra Hakimiyyətinin başçısının səyyar qəbulu keçirilib.

10 mart 2026 | 16:43

Kür Qaraqaşlı kəndində rayon İcra Hakimiyyətinin başçısının

səyyar qəbulu keçirilib.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun sakinlərlə görüşü Kür Qaraqaşlı kənd mədəniyyət evinin binasında baş tutub. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib. Rayon İcra başçısı səmimi söhbət əsasında keçən qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir.

Keçidlər