Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli İradə, Suveren Dövlət, Hüquqi Konstitusiya" mövzusunda tədbir keçirilib.

18 aprel 2025 | 16:17

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli İradə, Suveren Dövlət, Hüquqi Konstitusiya"

mövzusunda tədbir keçirilib.

Salyan Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli İradə, Suveren Dövlət, Hüquqi Konstitusiya" mövzusunda tədbir keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri  Elmar Əhmədov, Salyan rayon Polis şöbəsi rəisinin Şəxsi Heyətin işi üzrə köməkçisi, Polis polkovnik-leytenantı Fərhad Əmiraslanov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Sonra tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etməsindən, Möhtərəm Prezident cənab İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpasından bəhs ediblər. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunması həm möhtəşəm hərbi nailiyyət, həm də siyasi və diplomatik zəfər olmaqla Konstitusiyamızın ruhuna və məqsədlərinə uyğun şəkildə dövlətimizin tam suverenliyinin təmininə xidmət etmişdir. Tədbir iştirakçıları Azərbaycanın milli suverenliyinin və hüquqi dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb, müstəqil dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi istiqamətində fikirlərini bölüşüblər. Tədbirdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Milli İradə, Suveren Dövlət, Hüquqi Konstitusiya” mövzusunda videoçarx nümayiş olunub.

Keçidlər