Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev ilk Milli Konstitusiyamızın memarı və məhkəmə-hüquq islahatlarının banisidir” adlı tədbir keçirilib .

17 oktyabr 2025 | 15:15
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev ilk Milli Konstitusiyamızın memarı və məhkəmə-hüquq islahatlarının banisidir”
adlı tədbir keçirilib.
 
17 oktyabr 2025-ci il tarixində Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının və Salyan Rayon Məhkəməsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev ilk Milli Konstitusiyamızın memarı və məhkəmə-hüquq islahatlarının banisidir” mövzusunda tədbir keçirilib. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və videoçarx nümayiş olunub.
Tədbirdə Salyan Rayon Məhkəməsinin hakimləri Rüstəm Alıyev və Vəsilə Əliyeva, Salyan Rayon Prokurorunun köməkçisi, I dərəcəli hüquqşunas Toğrul Əhədzadə, Şəkərli kənd ümumi orta ümumtəhsil məktəbin direktoru, “Əməkdar müəllim” Səlimağa Səlimli və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyev müasir, hüquqi və demokratik Azərbaycanın banisidir. Onun rəhbərliyi ilə qəbul edilən ilk Milli Konstitusiya dövlətimizin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsində, cəmiyyətin siyasi, iqtisadi və hüquqi əsaslarının formalaşmasında mühüm rol oynayıb. Qeyd olunub ki, 1995-ci ildə qəbul edilən bu sənəd xalqın iradəsini əks etdirən, insan hüquq və azadlıqlarını təmin edən, dövlətin ali dəyərlərini qoruyan tarixi sənəddir.
Tədbirin sonunda Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov çıxış edərək vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin ideyaları uğurla davam etdirilir, hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsipləri möhkəmləndirilir, insan amilinə əsaslanan idarəçilik siyasəti ölkəmizin inkişafının əsasını təşkil edir. Bildirib ki, dövlətimizin başçısının qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa edib, torpaqlarını işğaldan azad edərək tarixi ədaləti təmin edib. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri Azərbaycanın gücünü, milli birliyini və Konstitusiyada təsbit olunmuş suverenlik prinsipinin real təcəssümünü nümayiş etdirib. Qeyd olunub ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu kimi tədbirlər Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, dövlətçilik ənənələrimizin təbliği və vətəndaşlarda hüquqi düşüncənin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
 
 
 
 
 
 
 
Keçidlər