“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyununa yekun vurulub.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Nə? Harada? Nə zaman?”
intellektual oyununa yekun vurulub.
“Konstitusiya və Suverenlik İli”nə və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsi baş tutub. Final mərhələsində rayonun müxtəlif orta ümumtəhsil məktəblərini təmsil edən 10 komanda iştirak edib. Yarış başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən qəhrəman şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəşad Cəbrayılov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və başqaları çıxış edərək ölkəmizdə intellektual potensialın inkişafı, gənclərin elmi biliklərə marağının artırılması və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu kimi tədbirlər gənc nəslin milli dəyərlərə bağlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşımasının vacibliyi bildirilib və yarışda iştirak edən hər bir komandaya uğurlar arzu ediblər. Çıxışlardan sonra “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsinə start verilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda I yerə Kürsəngi kənd tam orta məktəbin komandası, II yerə Şəkərli kənd ümumi orta məktəbin komandası, III yerə isə Boranıkənd kənd ümumi orta məktəbin komandası layiq görülüblər. Qalib gəlmiş komandalar YAP Salyan rayon təşkilatı tərəfindən diplom və hədiyyələrlə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Salyan rayon komitəsi tərəfindən isə hədiyyələrlə təltif olunmuşdur. Həmçinin, finala vəsiqə qazanan bütün komandaların üzvlərinə YAP Salyan rayon təşkilatı tərəfindən sertifikatlar təqdim edilib.