“Konstitusiya və Suverenlik İli” çərçivəsində Kür çayı sahilində ağacəkmə aksiyası keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində
Kür çayı sahilində ağacəkmə aksiyası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması əlaqədar Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kür çayı sahilində növbəti ağacəkmə aksiyası keçirilib. YAP Salyan rayon təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, “Ana Kür” İctimai Birliiyinin, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakları ilə baş tutan aksiyada ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması məqsədilə aksiyaların davam etdirilməsi nəzərdə tutulur.