Şriftin ölçüsü :

Saytın rəngi :

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə sahibkarlarla Salyan RİH-də görüş keçirilmişdir.

06 dekabr 2023 | 18:08

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə sahibkarlarla

Salyan RİH-də görüş keçirilmişdir.

Salyan RİH başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatı Jalə Əhmədova, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin müdiri İsmayıl Hüseynov və KOBİA-nın KOB Dostu departamentinin müdir müavini Eldəniz Əmirov iştirak etmişlər. Görüşdə sahibkarlara maliyyə resurslarına çıxış imkanları və dövlətin maliyyə dəstəyi mexanizmləri barədə məlumat verilib. O cümlədən, Fondun güzəştli kreditlərinin şərtləri və müraciət prosesi izah edilib. Bununla yanaşı, həmin ərazilərdə fəaliyyət göstərən biznes subyektlərinin çətinlikləri öyrənilib, sahibkarların təklifləri dinlənilib.

 

Keçidlər