Kənd təsərrüfatına dair statistik məlumatların Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminə daxil edilməsinin təmin olunması məqsədilə görüş keçirilmişdir.
Kənd təsərrüfatına dair statistik məlumatların Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminə
daxil edilməsinin təmin olunması məqsədilə görüş keçirilmişdir.
Kənd təsərrüfatına dair statistik məlumatların mühüm hissəsi, Dövlət Statistika Komitəsinin müşahidə üçün seçmə üsulu ilə müəyyən etdiyi hər bir ev təsərrüfatı üzrə ərazi icra nümayəndəlikləri tərəfindən sorğu əsasında toplanaraq kağız daşıyıcılarında rayon statistika idarəsinə təqdim edilir. Qeyd olunan mexanizmin təkmilləşdirilməsi məqsədilə kənd təsərrüfatı statistikasına aid illik formaların sorğu nəticəsində tam, düzgün və müəyyən olunmuş müddətlərdə inzibati-ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən doldurulmasının və Komitənin elektron informasiya sisteminə birbaşa daxil edilməsinin təmin olunması məqsədilə RİH-də Rayon Statistika idarəsinin rəisi, RİH başçısının ərazi dairəsi üzrə nümayəndələri, baş məsləhətçiləri- ev təsərrüfatlarının uçotu işin aparıcılarının iştirakı ilə iclas keçirilmişdir.






