İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Salyanda vətəndaşları qəbul edib.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov
Salyanda vətəndaşları qəbul edib.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Salyan şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Salyan RİH başçısı Rüstəm Xəlilov və İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı və s. məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.






