Şriftin ölçüsü :

Saytın rəngi :

İnteqrasiya təlimli internat tipli gimnaziyada vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirilib.

27 sentyabr 2022 | 07:37

İnteqrasiya təlimli internat tipli gimnaziyada vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirilib.

Rayon İcra Hakimiyyətinin  başçısı Sevindik Hətəmov İnteqrasiya təlimli internat tipli gimnaziyada vətəndaşların mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi. Rayonun  idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.  Qəbulda çıxış edən rayon rəhbəri vətəndaşlarla görüş ölkə Prezidenti cənab İlham Əliyevin əhali ilə daima təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirildiyini qeyd etmişdir. Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələ isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.

 

Keçidlər