İcra başçısı Şəkərli kəndində ötən gecə evi yanmış ailəyə baş çəkib
İcra başçısı Şəkərli kəndində ötən gecə evi yanmış ailəyə baş çəkib.
02.04.2023-cü il tarixində gecə saatlarında Salyan rayonunun Şəkərli kənd sakini İsmayılov Amil İsmayıl oğluna məxsus fərdi yaşayış evi elektrik qısaqapanması nəticəsində yanmışdır. Yanğın nəticəsində Amil İsmayılovun azyaşlı övladı 2018-ci il təvəllüdlü İsmayılov Nihad Amil oğlunun dünyasını dəyişməsi və digər övladı İsmayılov İsmayıl Amil oğlunun müxtəlif dərəcəli yanıq xəsarətləri alması ilə əlaqədar rayon İcra hakimiyyəti başçısı və müvafiq qurumların rəhbərləri ailəyə baş çəkmişdir. Ailəyə övladının dünyasını dəyişməsi ilə əlaqədar olaraq baş sağlığı verilmiş, digər xəsarət alan övladının səhhəti ilə maraqlanılmışdır. Yanıq xəsarətləri almış İsmayılov İsmayıl Amil oğlu müalicə almaq üçün Respublika Yanıq Mərkəzinə göndərilmişdir. Ailəyə maddi köməklik göstəriləcəyi bildirilmiş və yaranmış digər çətinlikləri ilə bağlı müvafiq qurumlara yerindəcə tapşırıqlar verilmişdir.