“Heydər Əliyev və Azərbaycanın milli intibah dövrü, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilmişdir.
Salyan rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycanın milli intibah dövrü, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, tədbirlər planı çərçivəsində Salyan rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycanın milli intibah dövrü, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilmişdir. Konfrasda Salyan RİH-nin başçısı Sevindik Hətəmov, Milli Məclisin deputatları, Musa Quliyev, Aydın Hüseynov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Konfransda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərzai bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Heydər Əliyevin zəngin irsinə həsr olunan videoçarxa baxış keçirilmişdir.
Konfrasda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək müasir, müstəqil, güclü Azərbaycan dövlətinin təməlində Ulu Öndər Heydər Əliyev siyasətinin dayandığını, bu siyasətin Azərbaycan xalqına böyük Zəfər bəxş etdiyini diqqətə çatdırmışdır. Azərbaycana birinci və ikinci rəhbərliyi dövründə Ulu Öndər Heydər Əliyevin xalqımızın işıqlı sabahı naminə atdığı mühüm addımlardan söz açan rayon rəhbəri, bu gün regionda əsas söz sahibinə çevrilmiş, qalib Azərbaycan dövlətinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf və tərəqqi etdiyini bir daha vurğulamışdır. Tədbirdə digər çıxış edənlər Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı və böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirmişlər.
Çıxışçılar işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu xüsusi qeyd edərək bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatması barədə geniş danışmışlar.