“Heydər Əliyev İli” münasibəti ilə ağacəkmə aksiyası keçirilib.
“Heydər Əliyev İli” münasibəti ilə
ağacəkmə aksiyası keçirilib.
Salyan Rayon Mərkəzi Xəstəxananın həyətyanı sahəsində “Heydər Əliyev İli” münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Aksiya iştirakçıları tərəfindən 400-ə yaxın ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılıb. Diqqətə çatdırılıb ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub. Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.