Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yeni inşa edilmiş 300 şagird yerlik Salyan rayonunun Şorsulu kənd ümumi orta məktəbin açılış mərasimi keçirilmişdir.
Sentyabrın 16-da Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yeni inşa edilmiş 300 şagird yerlik Salyan rayonunun Şorsulu kənd ümumi orta məktəbin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində Salyan RİH-nin başçısı Sevindik Hətəmov, Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, "Regional İnkişaf" İctimai Birliyinin əməkdaşı İlkin Əzizov və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Rəsmilər açılışda çıxış edərək, müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik etmiş, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tədris ocaqlarının tikilməsi, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə ətraflı danışmışlar. Çıxışlardan sonra məktəblilərin ifasında şeirlər səsləndirilib, milli musiqi sədaları altında rəqslər izlənilib. Daha sonra məktəb binasında yaradılan şəraitlə tanışlıq olub.