Həkim-nevropatoloq, “Tərəqqi” medallı Axundov Əlixeybər Əliqulu oğlunun anadan olmasının 75 illiyi münasibətilə tədbir keçirilmişdir.
Həkim-nevropatoloq, “Tərəqqi” medallı Axundov Əlixeybər Əliqulu oğlunun anadan olmasının
75 illiyi münasibətilə tədbir keçirilmişdir.
26 iyul 2024-cü il tarixində rayon İcra hakimiyyətində rayon səhiyyəsinin inkişafında müstəsna xidmətləri olmuş, şərəfli ömür yolu keçmiş Axundov Əlixeybər Əliqulu oğlunun anadan olmasının 75 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək Əlixeybər Axundovun keçdiyi şərəfli ömür yolundan və səhiyyə sahəsində gördüyü işlərdən geniş söz açmış, yubiley münasibətilə onu ürəkdən təbrik etmişdir.
Rayon İcra hakimiyyətinin, səhiyyə işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin və yubilyarın ailə üzvlərinin iştirak etdiyi tədbirdə tanınmış səhiyyə işçisinin həyat və fəaliyyətinə geniş nəzər yetirilmiş, edilən çıxışlarda onunla bağlı xatirələr diqqətə çatdırılmış, rayon səhiyyəsinin inkişafında göstərdiyi xidmət yüksək qiymətləndirilmişdir. Tədbirin sonunda Ə.Axundova RİH başçısı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunmuşdur.