Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunmuşdur .

28 aprel 2022 | 17:29

Görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu
ildönümü qeyd olunmuşdur.

Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə öncə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunmuşdur. Daha sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilmişdir.

Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbiri giriş sözü ilə açaraq akademik Zərifə xanım Əliyevanın öz parlaq fəaliyyəti ilə Azərbaycan tibb elminə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək oftalmologiyanın ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulamışdır. Tədbirdə dinlənilən məruzə və çıxışlarda insanlara həyat nuru bəxş etmiş şəfqətli bir həkimin, sadəliyi və təvazökarlığı ilə insanlığın əsl mücəssəməsi olan nəcib azərbaycanlı xanımın  Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə toxunulmuş, ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşdiyi vurğulanmışdır.

Keçidlər