Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilmişdir

10 may 2022 | 12:11

Salyan rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının

99-cu ildönümü münasibətilə tədbir keçirilmişdir

 

10 may 2022-ci il tarixində Salyan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş idarə, müəssisə və təşkilatlar arasında futzal idman növü üzrə rayon çempionatının final mərhələsi keçirilmişdir. Yarışda finala vəsiqə qazanmışrayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Təhsil şöbəsinin komandaları görüşmüş, Dövlət Yanğından Mühafizə Hissəsinin komandası 3:2 hesabı ilə qələbə qazanmışdır.Qaliblərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən kubok və medallar təqdim edilmişdir.

Keçidlər