Leytenanat Əsədov Emilin şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn leytenant Əsədov Emil Balaqardaş oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ikinci ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhuna dualar oxumuşlar. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir. 44 günlük Vətən müharibəsinin minlərlə şəhidlərindən biri, leytenant Əsədov Emil Balaqardaş oğlu. Digər şəhidlər kimi onun da hekayəsi həm kədərlidir, həm qürurludur. Salyan rayonunun Çuxanlı kəndində dünyaya göz açan, ikinci Qarabağ müharibəsi başlayanda cəmi 22 yaşı olan və zabit paqonlarının qürurunu doyunca yaşamağa imkan tapmayan Emil də Qarabağ uğrunda atalarının yolunu davam etdirən oğullardan idi. Onun atası hərbçi olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!