Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Heydər Əliyev Meydanında “Peşələr Festivalı” keçirilb.

05 noyabr 2023 | 09:39

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Heydər Əliyev Meydanında “Peşələr Festivalı” keçirilb.

“Peşəni peşəkardan soruş!” devizi ilə keçirilən Festivalda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini Ülvi Abasquliyev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Festivalda qonaqlar təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət edib, gənclərə öz tövsiyələrini veriblər. Festival çərcivəsində robototexnika, proqram tərtibatçısı, data analitika, aşpaz, barista, aqronom, bərbər, mobil telefonların təmiri ustası, elektrik avadanlıqların təmiri, yardım masası, Uİ/UX dizayner, qrafik dizayner, geyim üzrə dizayner, fotoqraf/videoqraf peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib.

Keçidlər