Elm və təhsil naziri Salyanda vətəndaşları qəbul edib.
Elm və təhsil naziri Salyanda
vətəndaşları qəbul edib.
Oktyabrın 31-də Elm və təhsil naziri Emin Əmrullayev Salyan şəhərində vətəndaş qəbulu keçirib. Qəbuldan öncə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və Elm və təhsil naziri Emin Əmrullayev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.
Qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, sertifikatlaşdırma prosesi və digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.






