Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş qrafikə əsasən Marışlı kəndində səyyar qəbul keçirilib.

02 aprel 2024 | 08:18

Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş qrafikə əsasən Marışlı kəndində səyyar qəbul keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Salyan rayonunda da ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması və yaşıllıqların salınması istiqamətində işlərin davam etdirildiyini qeyd edib. Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

 

Keçidlər