Şriftin ölçüsü :

Saytın rəngi :

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində Salyan rayonunda qərargah yaradılıb.

04 noyabr 2024 | 18:07

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində

Salyan rayonunda qərargah yaradılıb.

2024-cü il 11-22 noyabr -COP 29 keçirildiyi tarixlərdə Salyan rayonu ərazisində bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz  fəaliyyətinin təmin edilməsi və müvafiq  ərazilərin sanitar təmizliyinin daim diqqətdə saxlanılması və zəruri tədbirlər görülməsi məqsədilə qərargah yaradılmışdır.  Qərargahın fəaliyyətinin operativliyini təmin etmək məqsədilə  qaynar xətt xidməti (255-07-13) və fasiləsiz növbətçilik sistemi təşkil edilmişdir.

04 noyabr 2024-cü il tarixdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun rəhbərliyi ilə rayonda aidiyyatı məsələlərin müzakirəsi məqsədilə qərargahın iclası keçirilmişdir. İclasda qərargah üzvləri tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə mütəmadi olaraq məlumatların qərargaha verilməsinin təmin edilməsi və COP29-un respublikamızda keçiriləcəyi tarixlərdə rayonda elektrik, qaz, su, yol infrastrukturunun fəaliyyətinin fasiləsiz təmin edilməsi və ərazilərin sanitar təmizliyinin  nəzarətdə saxlanılması saxlanılması istiqamətində mövcud vəziyyət müzakirə olunmuş mühüm tapşırıqlar verilmişdir. 

 

Keçidlər