Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçular Əbülfət Atamoğlanov və Təhsin Hacıyev torpağa tapşırıldı.
Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçular Əbülfət Atamoğlanov və Təhsin Hacıyev torpağa tapşırıldı.
Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçular Əbülfət Atamoğlanovun və Təhsin Hacıyevin meyitilərinin qalıqları şəhidlərin doğulduğu Salyan rayonunun Kürsəngi və Qarbağlı kəndlərində torpağa tapşırılıb. Qeyd edək ki, şəhid Əbülfət Atamoğlanov Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşmüş və 30 ildən sonra meyitinin qalıqları Şuşa ətrafında tapılmışdır. Şəhid Təhsin Hacıyev Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşmüş və meyitinin qalıqları 30 il sonra Xocavənddə aşkarlananmışdır. Şəhidlərin yaşadığı evdə vida mərasimi keçirilmişdir. Mərasimdə şəhidin doğmaları, rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.