Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçu Tağıyev Elşən Qubad oğlu torpağa tapşırıldı.
Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçu Tağıyev Elşən Qubad oğlu
torpağa tapşırıldı.
Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçu Salyan rayonunun Seyidsadıqlı kənd sakini Tağıyev Elşən Qubad oğlunun şəxsiyyəti müəyyən olunaraq qalıqları ailəsinə təhvil verilib. O bu gün doğulduğu Seyidsadıqlı kəndində dəfn olunub. Qeyd edək ki, Elşən Tağıyev 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmişli məzarlığında naməlum əsgər kimi dəfn edilib. 1971-ci il təvəllüdlü E. Tağıyev 31 ildir ki, itkin elan edilmişdi. Şəhidin yaşadığı evdə vida mərasimi keçirilmişdir. Mərasimdə Salyan RİH başçısı Rüstəm Xəlilov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Günay Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin doğmaları, hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.