Səməndər İmanovun şəhadətinin ikinci ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
20 oktyabr 2022 | 18:16
Vətən müharibəsində şəhid olmuş Səməndər İmanovun şəhadətinin ikinci ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ikinci ildönümü ilə əlaqədar məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhuna dualar oxumuşlar. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!