Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib.

10 yanvar 2025 | 16:43

Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib.

Yanvarın 10-da Baş prokuror Kamran Əliyev Salyan rayon prokurorluğunun inzibati binasında Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayon, Şirvan şəhər və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Salyan RİH  başçısı Rüstəm Xəlilov, Baş prokuror Kamran Əliyev və Salyan rayon prokuroru Rəşad Mansurov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Qəbulda iştirak edən 41 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

 

Keçidlər