Balıyev Hüseynağa Salman oğlunun şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
10 oktyabr 2022 | 15:21
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş mayor Balıyev Hüseynağa Salman oğlunun şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Hüseynağa Balıyev ölümündən sonra "Vətən uğrunda" medalı və “Qarabağ” ordeni ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!