Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda təsərrüfatların 55%-nin genişzolaqlı internetə çıxış imkanı təmin edilib

29 mart 2024 | 09:45

Salyan rayonunda təsərrüfatların 55%-nin genişzolaqlı internetə

çıxış imkanı təmin edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Salyan rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 55%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Belə ki, Salyan şəhəri, Salyan rayonunun Xocalı, Cəngan, Beştalı, Kür Qaraqaşlı, Sarvan, Quyçu, Qızılağac, Alçalı, Bəydili, Piratman-Gəncəli, Aşağı-Noxudlu, Yuxarı-Noxudlu, Xurşud, Yeni-Uluxanlı, Yolüstü, Birinci Varlı, İkinci Varlı, Peyk, Aşağı Kürkəndi, Arbatan kəndlərində və Babazanlı qəsəbəsində şəbəkənin tikintisi başa çatdırılıb. Ümumilikdə Salyan rayonu ərazisində 19646 ev təsərrüfatı və biznes subyektinin yüksəksürətli internetə çıxış imkanı təmin edilib. Hazırda Salyan şəhərində 4957 təsərrüfatdan 2220 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri (internet, internet + telefoniya, internet + televiziya, internet + telefoniya + televiziya) təklif olunur.

Xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı Mərkəzinə zəng edə, ərazi üzrə xidmət göstərən şöbəyə, həmçinin www.aztelekom.az saytı vasitəsilə müraciət edə, “Azeronline” üçün “8220” Çağrı Mərkəzinə zəng edə və ya Onlayn Qeydiyyat  vasitəsilə sorğu yarada və www.azeronline.com səhifəsində xidmətlər və tariflər barədə ətraflı məlumat ala bilərlər.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, ümumilikdə 2,1 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 71%-ni təşkil edir.

Keçidlər