Şriftin ölçüsü :

Saytın rəngi :

"Azəriqaz" İB-nin baş direktorunun ilin ilk vətəndaş qəbulu Salyan rayonunda baş tutdu.

24 yanvar 2025 | 12:00

"Azəriqaz" İB-nin baş direktorunun ilin ilk vətəndaş qəbulu

Salyan rayonunda baş tutdu.

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Salyan RİH  başçısı Rüstəm Xəlilov və "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər. Vətəndaş qəbuluna Salyanla yanaşı, Sabirabad, Cəlilabad, Lənkəran və digər qonşu rayonlardan olan sakinlər də təşrif buyurublar. Ümumilikdə 22 nəfərin qaz təchizatı ilə bağlı problemləri dinlənilib ki, burada da sahibkarların müraciətləri üstünlük təşkil edib. Qəbulda əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qaz xəttinin yerinin dəyişdirilməsi, işə qəbul, sahibkarlara məxsus istixana və ictimai iaşə obyektlərinin qazla təmin edilməsi ilə bağlı müraciətlər ünvanlanıb. Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə və sahibkarlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılaraq araşdırılması üçün Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Keçidlər