Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rahim oğlu Cəbrayılovun anım günü Salyan rayonunda qeyd olundu.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rahim oğlu Cəbrayılovun anım günü
Salyan rayonunda qeyd olundu.
23.10.2024-cü il tarixində keçirlən anım mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Vətən Müharibəsi Qəhrəmanının ailəsi, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, şəhid ailələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar adını daşıyan Salyan Peşə Liseyinin qarşısındakı büstünü ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Daha sonra tədbir Salyan rayon İcra hakimiyyətinin iclas zalında davam etmişdir. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra mərasim iştirakçılarına Sübhan Cəbrayılovun ömür və döyüş yolundan bəhs edən video-çarx nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, yüksək peşəkarlığından, döyüş əzmindən və Vətən qarşısındakı xidmətlərindən söz açmışdır. Sonra 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, keçirilən antiterror əməliyyatından söz açan RİH-in başçısı torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərə rəhmət diləyərək, ailələrinə səbir və dözüm arzulamışdır. Anım mərasimində şəhidimizə həsr olunan şeirlər, Uşaq İncəsənət Məktəbinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilmişdir. Tədbirdə iştirak edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, Sübhan Cəbrayılov Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident İlham Əliyev tərəfindən bir sıra medallarla təltif olunub və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.