Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının
101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına parkda ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüş, dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını ifadə etmişlər. Sonra RİH-nin iclas zalında rəsmi və bədii-musiqili hissələrdən ibarət tədbir keçirilmişdir. Tədbirin rəsmi hissəsi Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə həsr olunan video-çarxın nümayişi ilə başlamışdır. Tədbirdə RİH-nin başçısı Sevindik Hətəmov Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan xalqına və dövlətçiliyinə olan tarixi xidmətləri barədə geniş məruzə ilə çıxış etmişdir.
Daha sonra YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov və şəhər 2 saylı tam orta məktəbin müəllimi Aynur Hüseynova məruzə ətrafında çıxışlar etmişlər. Tədbirin bədii hissəsində rayonun incəsənət ustalarının ifasında konsert proqramı nümayiş etdirilmişdir.