Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

14 aprel 2023 | 17:09

“Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda

elmi-praktik konfrans keçirilmişdir.

 

Salyan rayon İcra hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub. Çıxış edənlər Ümumilli Lider Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşmasından, milli təhsil quruculuğu sahəsində apardığı islahatlardan, təhsil işçilərinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışlar. Sonda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rayon məktəbliləri arasında keçirilmiş “Sən elə bir zirvəsən” adlı inşa yazı müsabiqəsinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

 

Keçidlər