“Azərbaycan səhiyyəsinin inkişafında Heydər Əliyev rolu” mövzusunda tədbir keçirilmişdir.
06 aprel 2023 | 15:06
Ümumilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə “Azərbaycan səhiyyəsinin inkişafında Heydər Əliyev rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə öncə dahi şəxsiyyət, görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, həyat və fəaliyyətinə həsr olunan vidioçarxa baxış keçirililmişdir. Sonra çıxışlarda Azərbaycançılıq ideologiyasının yaranmasından, o cümlədən səhiyyə, tibb elmini əhatə edən çoxşaxəli fəaliyyətindən, ümummillikdə Azərbaycan məfkurəsinin möhkəm, etibarlı bazasının formalaşdırılmasından bəhs edilmişdir.