Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror əməliyyatı nəticəsində şəhid olan Ağayev Ceyhun Etibar oğlunun il mərasimi keçirildi.

27 sentyabr 2024 | 16:05

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror əməliyyatı nəticəsində şəhid olan Ağayev Ceyhun Etibar oğlunun il mərasimi keçirildi.

Mərasimdə RİH-nin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını və həmin məzarlıqda uyuyan digər şəhidlərin məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir. Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin xatirəsi yad edilib, ruhuna dualar oxunuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ceyhun Ağayev 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.  Ceyhun Ağayev  Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Tərtər rayonu Canyataq kəndi  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ceyhun Ağayev Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Keçidlər