“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər çərçivəsində Salyan rayonunda təlimlər keçirilib.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər çərçivəsində Salyan rayonunda təlimlər keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi Salyan rayonunda dövlət qulluqçuları üçün təlimlər keçirib.
Təlimlər 20 - 23 noyabr tarixlərində YAP Salyan rayon təşkilatının inzibati binasında “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzularında təşkil olunub. Təlimlər zamanı iştirakçılara mövzular çərçivəsində məlumat verilib, müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlimlər iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.