Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

16 fevral 2024 | 17:42

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan vətəndaşların qəbulunu  keçirib.

Qəbuldan əvvəl Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik  Hətəmov və AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov  ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Salyan rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda  Salyan və Neftçala  rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı  isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.

Keçidlər