Şriftin ölçüsü :

Saytın rəngi :

Avqust ayının 22-də Seyidsadıqlı kəndinin sakinləri ilə növbəti səyyar qəbul keçirilib.

23 avqust 2023 | 10:41

Salyan RİH başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi

səyyar qəbullar davam edir.

Avqust ayının 22-də Seyidsadıqlı kəndinin sakinləri ilə növbəti səyyar qəbul keçirilib. Qəbulda çıxış edən RİH başçısı Sevindik Hətəmov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışmış, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulamışdır. Çıxış edən sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. 

Keçidlər